- Offside
- 16:59 11.08.2026
Azərbaycan atleti Yekaterina Sariyeva İngiltərənin Birmingem şəhərində keçirilən atletika üzrə Avropa çempionatında ölkə rekordunu yeniləyib.
90deqiqe.Az Azərbaycan Atletika Federasiyasına istinadən xəbər verir ki, o, üçtəkanla tullanma yarışında 13,91 metr nəticə göstərərək Azərbaycan rekorduna imza atıb.
Bununla belə, bu nəticə Sariyevanın qitə birinciliyinin final mərhələsinə yüksəlməsi üçün kifayət etməyib.
Qeyd edək ki, əvvəlki Azərbaycan rekordu da Yekaterina Sariyevaya məxsus olub. Atlet 13,89 metr nəticə ilə müəyyənləşdirdiyi əvvəlki göstəricini 2 santimetr yaxşılaşdırıb.