12 avqust 2026. Çərşənbə

“Gəncə” heyətini gənc basketbolçu ilə gücləndirdi


  • Offside
  • 15:39 11.08.2026
  • Oxunma sayı: 40
“Gəncə” heyətini gənc basketbolçu ilə gücləndirdi

“Gəncə” basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, qərb təmsilçisi Fikrət Ələkbərovla müqavilə imzalayıb. Sözləşmənin müddəti yeni mövsümün sonunadək nəzərdə tutulub.

22 yaşlı müdafiəçi ötən mövsümü “Neftçi”nin heyətində keçirib.

Qeyd edək ki, Fikrət Ələkbərov müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının da formasını geyinib. O, U-16 və U-20 yığmalarında çıxış edib.







Offside