16 sentyabr 2026. Çərşənbə

Ağırlıqqaldırma millisinin üzvləri üçün antidopinq seminarı keçirilib


  • Offside
  • 16:11 11.08.2026
  • Oxunma sayı: 134
Ağırlıqqaldırma millisinin üzvləri üçün antidopinq seminarı keçirilib

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) təlim-məşq bazasında federasiyanın növbəti "Antidopinq maarifləndirmə" seminarı keçirilib.

Federasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, AAF-ın baş həkimi Hüsniyyə Kərimovanın keçdiyi təlimdə yığmanın məşqçilər heyəti və idmançılar iştirak ediblər.

Seminar zamanı antidopinq sahəsində tətbiq olunan qaydalar, idmançıların hüquqları, nümunələrin götürülməsi və başqa məsələlərlə bağlı iştirakçılara geniş məlumat verilib. Daha sonra təlimçi tərəfindən məşqçi və idmançıların sualları cavablandırılıb.







Offside

AFFA-da yeni təyinatlar
  • Offside
  • 22:16 15.09.2026
AFFA-da yeni təyinatlar