12 avqust 2026. Çərşənbə

“Sabah” Litvalı basketbolçunu transfer etdi


  • Offside
  • 16:44 11.08.2026
  • Oxunma sayı: 40
“Sabah” Litvalı basketbolçunu transfer etdi

“Sabah” basketbol klubu heyətini yeni transferlə gücləndirib.

Bakı təmsilçisindən 90deqiqe.Az-a verilən məlumata görə, litvalı hücumçu Mindauqas Susinskasla müqavilə imzalanıb. Tərəflər arasında sözləşmənin müddəti iki il təşkil edir.

2,04 metr boya malik 27 yaşlı basketbolçu karyerası ərzində Litvanın “Dzukiya” və “Prenay”, Almaniyanın “Xemnits” və İspaniyanın “Jirona” klublarında çıxış edib.

Susinskas Almaniyada FIBA Avropa Kubokunda mübarizə aparıb. O, həmin turnirdə orta hesabla 11,3 xal, 4 ribaund və 2,5 məhsuldar ötürmə ilə yadda qalıb.

Litvalı basketbolçu daha sonra İspaniya ACB Liqasında üç mövsüm keçirib. O, Avropanın ən güclü basketbol çempionatlarından birində “Jirona”nın formasını geyinib.







Offside