- Offside
- 16:59 11.08.2026
“Neftçi” basketbol klubu heyətini Azərbaycan milli komandasının üzvü ilə gücləndirib.
Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, 24 yaşlı Cəbrayıl Əkbərovla müqavilə imzalanıb. 1,94 metr boya malik hücumçu ilə sözləşmənin müddəti qarşıdakı mövsümün sonunadək nəzərdə tutulub.
Cəbrayıl Əkbərov ötən mövsüm “Gəncə”nin formasını geyinib. O, Azərbaycan milli komandasının heyətində beynəlxalq arenalarda, o cümlədən “Avro-2029”un ilkin seçmə mərhələsində ölkəmizi təmsil edib.