12 avqust 2026. Çərşənbə

Kriştiano Ronaldo və Corcina Rodrigez evləndi


  • Offside
  • 00:37 12.08.2026
  • Oxunma sayı: 46
Kriştiano Ronaldo və Corcina Rodrigez evləndi

Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun ulduzu Kriştiano Ronaldo ilə Corcina Rodrigez rəsmi nikaha daxil olublar.

90deqiqe.Az-ın məlumatına görə, “SIC Noticias”ın məlumatına görə, cütlük avqustun 11-də Portuqaliyanın kurort şəhəri Kaşkayşda keçirilən qapalı mərasimlə ailə həyatı qurub.

Toy mərasimində məşhur cütlüyün övladlarının da iştirak etdiyi bildirilir. Tədbirin digər detalları isə hələlik açıqlanmayıb.

Ronaldo evlilik xəbərini sosial şəbəkə hesabında paylaşdığı foto ilə də təsdiqləyib. Futbolçu həyat yoldaşı ilə birlikdə əllərindəki nikah üzüklərini nümayiş etdirib və onların adlarının ilk hərflərini qeyd edib.

Qeyd olunur ki, Ronaldo və Rodrigez nişanlandıqdan düz bir il sonra ailə həyatı qurublar.

Kriştiano Ronaldo yaxın günlərdə futbol fəaliyyətinə qayıdacaq. “Əl-Nəsr”in yeni mövsümdə ilk oyunları artıq yaxınlaşır.







Offside