13 avqust 2026. Cümə axşamı

“Neftçi” iki basketbolçusu ilə müqaviləni uzadıb


  • Offside
  • 16:54 12.08.2026
  • Oxunma sayı: 20
“Neftçi” iki basketbolçusu ilə müqaviləni uzadıb

“Neftçi” basketbol klubu heyətində yer alan iki oyunçu ilə müqavilənin müddətini uzadıb.

Paytaxt təmsilçisindən 90deqiqe.Az-a verilən məlumata görə, müdafiəçilər Nicat Nəsirov və Ağa Ağayev komandada qalacaqlar.

Hər iki basketbolçu ilə daha birillik müqavilə imzalanıb.

Qeyd edək ki, Nicat Nəsirov və Ağa Ağayev ötən mövsüm “Neftçi”nin heyətində çıxış ediblər.







Offside