13 sentyabr 2026. Bazar günü

“Sabah” ABŞ-li basketbolçu ilə müqavilə imzalayıb


  • Offside
  • 19:09 12.08.2026
  • Oxunma sayı: 94
“Sabah” ABŞ-li basketbolçu ilə müqavilə imzalayıb

“Sabah” basketbol klubu heyətini ABŞ-dən olan basketbolçu Frenki Fidlerlə gücləndirib.

Azərbaycan təmsilçisindən 90deqiqe.Az-a verilən məlumata görə, 23 yaşlı oyunçu ilə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, Frenki Fidler peşəkar basketbolda debütünü 2025-ci ildə edib. O, Avropada ilk mövsümünü Latviyanın “Rīqas Zelli” komandasında keçirib.

Fidler “Sabah”ın yeni mövsüm öncəsi heyətinə cəlb etdiyi basketbolçulardan biri olub.







Offside