- Offside
- 23:54 12.08.2026
Azərbaycanın sumo üzrə milli komandası Yaponiyada təlim-məşq toplanışında iştirak edib.
Assosiasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, hazırlıq prosesi iyulun 24-dən avqustun 7-dək Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti Ülvi Ağamirovun rəhbərliyi ilə keçirilib.
Yığma Asahi Qaoka Sumo Məktəbində, həmçinin Yaponiyanın ən böyük universiteti olan Nihon Daiqaku Universitetində hazırlıq keçib. Toplanışın əsas məqsədi qarşıdakı mötəbər yarışlar öncəsi idmançıların hazırlıq səviyyəsini artırmaq olub.
Azərbaycanın Yaponiyadakı səfiri Fərid Talıbov da milli komandanın düşərgəsini ziyarət edib. Səfir hazırlıq prosesi ilə tanış olub, idmançılarla görüşərək onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.
Fərid Talıbov oktyabrın 17-18-də Bakıda keçiriləcək sumo üzrə dünya çempionatında Azərbaycan millisinin yüksək nəticə göstərəcəyinə inamını ifadə edib.
Qeyd edək ki, sumo üzrə dünya çempionatı tarixdə ilk dəfə Azərbaycanda təşkil olunacaq.