- Offside
- 23:54 12.08.2026
2017-ci ilin NBA MVP-si seçilən Rassell Vestbruk peşəkar basketbolçu karyerasını başa vurub.
90deqiqe.Az xəbər verir ki, 37 yaşlı basketbolçu 2025/2026 mövsümündə “Sakramento Kinqz”in heyətində çıxış edib.
Vestbruk 18 illik NBA karyerası ərzində liqanın 75 illiyinə həsr olunan simvolik komandaya daxil edilib, 9 dəfə “All-Star” seçilib. O, həmçinin ABŞ millisinin heyətində Olimpiya Oyunlarının qızıl medalını qazanıb.
Təcrübəli basketbolçu karyerası ərzində “Oklahoma-Siti Tander”, “Hyuston Rokets”, “Vaşinqton Vizards”, “Los-Anceles Leykers”, “Los-Anceles Klippers” və “Denver Naggets”in formasını geyinib.
Vestbruk ötən mövsüm “Sakramento Kinqz”in heyətində 64 matçda orta hesabla 15,2 xal, 5,4 ribaund və 6,7 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, basketbolçu 2025-ci ildə “Denver Naggets”dən “Sakramento Kinqz”ə keçmişdi.