- Offside
- 17:58 13.08.2026
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatına hazırlıq çərçivəsində son yoxlama oyunlarını keçirib.
Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a verilən məlumatına görə, yığma Bakıda təlim-məşq toplanışı keçirən Belarus seçməsi ilə iki dəfə üz-üzə gəlib.
Milli Gimnastika Arenasında təşkil olunan hər iki qarşılaşmada Azərbaycan millisi rəqibini eyni hesabla – 3:1 məğlub edib.
Bununla da yığmamız Avropa çempionatı öncəsi hazırlıq mərhələsində növbəti qələbələrini rəsmiləşdirib. Komanda bundan əvvəl Yunanıstan və Latviya seçmələrini də üstələyib.
Azərbaycan millisinin qarşıdakı günlərdə əsas hədəfi Avropa çempionatında uğurlu çıxış etmək olacaq.