13 avqust 2026. Cümə axşamı

Azərbaycan çimərlik voleybolçuları Türkiyədə turnirin qalibi oldular


  • Offside
  • 11:22 13.08.2026
  • Oxunma sayı: 37
Azərbaycan çimərlik voleybolçuları Türkiyədə turnirin qalibi oldular

Çimərlik voleybolu üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Türkiyənin Tekirdağ bölgəsində keçirilən beynəlxalq açıq çempionatda qızıl medal qazanıb.

Azərbaycan Voleybol Federasiyasından  90deqiqe.Az-a verilən məlumata görə, FIVB reytinq xalları qazandıran turnirdə 16 komanda mübarizə aparıb. Ölkəmizi yarışda İbrahim Məmmədov və Muhəmməd Aslanlıdan ibarət cütlük təmsil edib.

Azərbaycan təmsilçiləri keçirdikləri bütün görüşlərdə rəqiblərinə qalib gələrək turnirin qalibi olublar.

Qadınların yarışında isə Səbinə Əlizadə və Leyla Əliyevadan ibarət Azərbaycan cütlüyü 16 komanda arasında dördüncü yeri tutub.

Qeyd edək ki, baş məşqçi Atvars Vildenin rəhbərlik etdiyi Azərbaycan çimərlik voleybolu komandası Türkiyədə daha bir beynəlxalq turnirdə mübarizə aparacaq.







Offside