13 avqust 2026. Cümə axşamı

“Neftçi” amerikalı basketbolçu ilə anlaşıb


  • Offside
  • 11:56 13.08.2026
  • Oxunma sayı: 28
“Neftçi” amerikalı basketbolçu ilə anlaşıb

“Neftçi” basketbol komandası heyətinə yeni oyunçu cəlb edib.

Klubdan  90deqiqe.Az-a verilən məlumata görə, Bakı təmsilçisi ABŞ-li basketbolçu Robert Hovardla 2026/2027-ci illər mövsümünün sonunadək müqavilə imzalayıb.

29 yaşlı hücumçunun boyu 2,03 metrdir. Karyerası ərzində Avstriya, Çexiya, Belçika və Slovakiya çempionatlarında çıxış edən basketbolçu Avropada zəngin təcrübəyə malikdir.

Robert Hovardın son klubu Slovakiyanın “Slovan” (Bratislava) komandası olub.

Beləliklə, amerikalı basketbolçu qarşıdakı mövsümdə “Neftçi”nin uğurları üçün mübarizə aparacaq.







Offside