13 avqust 2026. Cümə axşamı

Azərbaycan velosipedçiləri Gədəbəydə təlim-məşq toplanışına başlayıblar


  • Offside
  • 12:57 13.08.2026
  • Oxunma sayı: 36
Azərbaycan velosipedçiləri Gədəbəydə təlim-məşq toplanışına başlayıblar

Azərbaycanın Elit/U-23 və gənclərdən ibarət velosiped üzrə milli komandaları Gədəbəydə təlim-məşq toplanışına start veriblər.

 90deqiqe.Az Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesi baş məşqçi Vladimir Buşanski və məşqçi Elçin Qasımovun rəhbərliyi altında keçirilir. Toplanış 12 gün davam edəcək.

Məşqlərin əsas məqsədi velosipedçilərin fiziki və funksional hazırlıq səviyyəsini yüksəltmək, həmçinin qarşıdakı beynəlxalq yarışlara optimal formada hazırlaşmaqdır.

Elit/U-23 milli komandaları avqustun 27-dən 30-dək Türkiyənin Samsun şəhərində keçiriləcək “Tour of Samsun” (2.2) yarışında iştirak edəcəklər. Komanda sentyabrın 3-6-da təşkil olunacaq “Tour of Istanbul” (2.1) turnirində də mübarizə aparacaq.

Gədəbəydəki hazırlıq prosesi həmçinin oktyabrda Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək şose velosipedi üzrə Avropa çempionatına hazırlıq baxımından mühüm mərhələ hesab olunur.







Offside