13 avqust 2026. Cümə axşamı

Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib


  • Offside
  • 14:43 13.08.2026
  • Oxunma sayı: 33
Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib

Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma üzrə yarış təşkil olunub.

90deqiqe.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Kamandan Oxatma Federasiyasının birgə təşkilatçılığı ilə İdman-Tennis Kompleksində keçirilən yarışda 9 dövlət qurumunu təmsil edən 23 iştirakçı – 13 kişi və 10 qadın mübarizə aparıb.

Kişilərin yarışında Dövlət Gömrük Komitəsinin təmsilçisi Əlişer Mirzəyev bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub. Gənclər və İdman Nazirliyindən Ramil Cabbarov ikinci, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Özcan Kərimov isə üçüncü olub.

Qadınların mübarizəsində Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsini təmsil edən Aytən Abdullayeva qalib gəlib. SOCAR-ın əməkdaşı İlahə Hacıyeva ikinci, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin digər təmsilçisi Xədicə Əliyeva isə üçüncü pillədə qərarlaşıb.

Yarışın sonunda hər iki kateqoriya üzrə qaliblər və mükafatçılar təltif olunublar.







Offside