16 sentyabr 2026. Çərşənbə

Azərbaycan paracüdoçuları Avropa çempionatında mübarizə aparacaqlar


  • Offside
  • 16:52 13.08.2026
  • Oxunma sayı: 110
Azərbaycan paracüdoçuları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın paracüdo üzrə milli komandası Avropa çempionatında iştirak edəcək.

Milli Paralimpiya Komitəsindən 90deqiqe.Az-a verilən məlumata görə, qitə birinciliyi avqustun 14-16-da Almaniyanın Heydelberq şəhərində keçiriləcək.

Azərbaycan yığmasının heyətində kişilər arasında İlham Zəkiyev (J1, +95 kq), Saleh Sultanov (J1, 81 kq), İsmayıl Muradov (J1, 70 kq) və Hüseyn İsmayılzadə (J2, 70 kq) yer alıblar.

Qadınların yarışında isə Dürsədəf Kərimova (J2, +70 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) mübarizə aparacaqlar.

Milli komandaya Avropa çempionatında baş məşqçilər İbrahim İbrahimov və Ramin İbrahimov rəhbərlik edəcəklər.







Offside

AFFA-da yeni təyinatlar
  • Offside
  • 22:16 15.09.2026
AFFA-da yeni təyinatlar