13 avqust 2026. Cümə axşamı

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə dünya çempionatı keçiriləcək


  • Offside
  • 17:33 13.08.2026
  • Oxunma sayı: 43
Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə dünya çempionatı keçiriləcək

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı və Dünya Seriyasının mərhələsi təşkil olunacaq.

Azərbaycan Güləş Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, hər iki yarış avqustun 27-29-da “Sea Breeze” istirahət mərkəzində keçiriləcək.

Avqustun 27-də baş tutacaq U-17 dünya çempionatında 34 ölkədən 150-yə yaxın yeniyetmə güləşçi mübarizə aparacaq. Oğlanlar 60, 70, 80 və 90 kq, qızlar isə 45, 55, 65 və 75 kq çəki dərəcələrində çıxış edəcəklər.

Avqustun 28-29-da isə böyüklər arasında çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsi keçiriləcək. Bu yarışda 60-dan çox idmançının iştirakı gözlənilir.

Kişilər 70, 80, 90 və 90 kq-dan yuxarı, qadınlar isə 50, 60, 70 və 70 kq-dan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar.

Ümumilikdə 34 ölkədən 200-dən çox idmançı Xəzər dənizinin sahilində keçiriləcək yarışlarda medal uğrunda mübarizə aparacaq.







Offside