13 avqust 2026. Cümə axşamı

“LANDAU Lions” milli basketbolçunu heyətinə qatdı


  • Offside
  • 17:42 13.08.2026
  • Oxunma sayı: 32
“LANDAU Lions” milli basketbolçunu heyətinə qatdı

Yeni mövsümə hazırlıqlarını davam etdirən “LANDAU Lions” basketbol klubu heyətini daha bir oyunçu ilə gücləndirib.

Bakı təmsilçisindən 90deqiqe.Az-a verilən məlumata görə, Azərbaycan milli komandasına da dəvət alan Ercan Donatla müqavilə imzalanıb.

2,08 metr boya malik 25 yaşlı basketbolçu mərkəz mövqeyində çıxış edir. Onun son klubu “Şəki” olub.

Qeyd edək ki, Ercan Donatın qardaşı Saadettin Donat da “LANDAU Lions”un formasını geyinir. Beləliklə, qardaşlar yeni mövsümdə Bakı klubunun heyətində birgə çıxış edəcəklər.







Offside