14 avqust 2026. Cümə

Azərbaycan boksçularından U-19 Avropa çempionatına uğurlu start


  • Offside
  • 10:15 14.08.2026
  • Oxunma sayı: 43
Azərbaycan boksçularından U-19 Avropa çempionatına uğurlu start

Serbiyanın Loznitsa şəhərində boks üzrə U-19 Avropa çempionatına start verilib.

90deqiqe.Az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 35 ölkənin qatıldığı yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Boksçularımızdan üçü çempionata qələbə ilə başlayıb.

Gülər Hüseynova (51 kq) 1/8 finalda Nataşa Lukiçlə (Serbiya) döyüşüb. Hər 3 raundu aktivinə yazan boksçumuz yekunda rəqibini 5:0 (30:26, 30:25, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edib. O, avqustun 17-də 1/4 finalda ilk mərhələdən azad olan Patrisia Petrimanla (Macarıstan) qarşılaşacaq.

Əli Əliyev (50 kq) də Avropa çempionatına qələbə ilə başlayıb. O, 1/16 finalda İmad Bouraouiaya (İtaliya) qalib gəlib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28). Milli üzvü avqustun 15-də ikinci görüşündə Adrian Zameçiki (Slovakiya) sınağa çəkəcək.

Əli Baxışov (60 kq) da adını 1/8 finala yazdırıb. Təmsilçimiz Artur Avetisyanla (Ermənistan) döyüşdə hakimlərin yekdil qərarı ilə qələbə qazanıb – 5:0 (28:25, 27:26, 27:26, 27:26, 27:26). O, avqustun 16-da Petar Krpanla (Xorvatiya) üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatına avqustun 21-də yekun vurulacaq.







Offside

“Gəncə”dən yeni transfer
  • Offside
  • 11:03 14.08.2026
“Gəncə”dən yeni transfer