16 sentyabr 2026. Çərşənbə

“Neftçi” Azərbaycan millisinin üzvünü heyətinə qatdı


  • Offside
  • 12:38 14.08.2026
  • Oxunma sayı: 102
“Neftçi” Azərbaycan millisinin üzvünü heyətinə qatdı

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Neftçi” basketbol klubu heyətini daha bir oyunçu ilə gücləndirib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, Bakı təmsilçisi Azərbaycan milli komandasının üzvü Ulaş Can Turğutla müqavilə imzalayıb. 23 yaşlı basketbolçu ilə sözləşmə mövsümün sonunadək nəzərdə tutulub.

Hücumçu karyerasında “Neftçi” ilə də uğur qazanıb. O, 2024-cü ildə məhz Bakı klubunun heyətində Azərbaycan Kubokunun qalibi olub.

Ulaş Can Turğut ötən mövsüm “Gəncə”nin formasını geyinib.

Beləliklə, milli komandanın üzvü yeni mövsümdə yenidən “Neftçi”nin uğurları üçün mübarizə aparacaq.







Offside

AFFA-da yeni təyinatlar
  • Offside
  • 22:16 15.09.2026
AFFA-da yeni təyinatlar