- Offside
- 17:20 14.08.2026
Almaniyanın Frankfurt şəhərində keçirilən bədii gimnastika üzrə 42-ci Dünya çempionatında Azərbaycanı Fidan Qurbanlı təmsil edib.
Azərbaycan Gimnastika Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, avqustun 12-16-da təşkil olunan mundial Dünya Gimnastika Federasiyasının təqviminə daxil olan əsas yarışlardan biridir. Frankfurtun məşhur Festhalle arenasında keçirilən çempionatda müxtəlif ölkələrdən 300-ə yaxın gimnast iştirak edir.
Fidan Qurbanlı fərdi proqramda halqa, top, gürzlər və lentlə çıxış edib. Azərbaycan təmsilçisi çoxnövçülük üzrə ümumilikdə 75,350 xal toplayıb.
Bu nəticə ilə gimnastımız yekun sıralamada 43-cü pillədə qərarlaşıb.