- Offside
- 17:20 14.08.2026
Bakıda 19 yaşadək gənc və yeniyetmə badmintonçular arasında “Azerbaijan Junior Open 2026” beynəlxalq turnirinə start verilib.
Azərbaycan Badminton Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarışda ölkəmizlə yanaşı, Türkiyə, Özbəkistan, Gürcüstan, İran, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Hindistan və Tacikistandan olmaqla, ümumilikdə 9 ölkənin 64 idmançısı iştirak edir.
Azərbaycan turnirdə 22 badmintonçu ilə təmsil olunur. İştirakçılar oğlan və qızların şəxsi, qoşa, həmçinin qarışıq qoşa yarışlarında mübarizə aparırlar.
Qeyd edək ki, “Azerbaijan Junior Open 2026” ölkəmizdə ilk dəfə “Junior International Series” kateqoriyasında keçirilir.
Beynəlxalq turnirə avqustun 16-da baş tutacaq final qarşılaşmaları ilə yekun vurulacaq.