- Offside
- 01:29 15.08.2026
“Əl-Hilal”ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı çempionatının yeni mövsümündə komanda daxilində ilk münaqişəli vəziyyətlə üzləşib.
90deqiqe.Az-ın “Goal”a istinadən məlumatına görə, 38 yaşlı forvard ilk turda “Əl-Feysali” ilə qarşılaşmada komandasının hesabı açan qolunu penaltidən vurub.
Lakin matçın 70-ci dəqiqəsində “Əl-Hilal”ın baş məşqçisi Simone İnzagi fransalı hücumçunu əvəzləyərək onun yerinə fil dişi sahilindən olan Məhəmməd Qader Meyteni meydana buraxıb.
Bu qərar Benzemanın narazılığına səbəb olub. Sosial şəbəkələrdə yayılan görüntülərdə fransalı futbolçunun əvəzləndikdən sonra italiyalı mütəxəssisin köməkçilərindən biri ilə mübahisə etdiyi görünür.
Qeyd edək ki, Benzema ötən qış “Əl-Hilal”a transfer olunub. Fransalı hücumçu Səudiyyə Ərəbistanı klubunda bütün turnirlərdə 14 oyuna çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.