- Offside
- 01:29 15.08.2026
Portuqaliya millisinin və “Əl-Nəsr”in ulduzu Kriştiano Ronaldo ilə Corcina Rodrigesin nikah müqaviləsinin detalları sosial şəbəkələrdə yayılıb.
90deqiqe.Az-ın məlumatına görə,“Pulse Sports Nigeria” hesabı bu barədə foto paylaşıb.
Məlumata görə, cütlük avqustun 11-də Portuqaliyanın Kaşkayş şəhərində Ronaldoya məxsus, dəyəri 30 milyon funt sterlinq olan villada qapalı mülki nikah mərasimi keçirib.
Onlar mərasimdən bir gün əvvəl nikah müqaviləsi imzalayıblar. Tərəflər əmlakın ayrı mülkiyyəti rejimini seçiblər. Bu isə onların hər birinin şəxsi aktivlərinin ayrı saxlanılması deməkdir.
Bildirilir ki, nikah mərasimində Ronaldonun anası və bacı-qardaşları iştirak etməyib. Tədbirdə yalnız portuqaliyalı futbolçunun beş övladı və dörd şahid olub.
Qeyd edək ki, Ronaldo və Rodriges uzun illərdir birlikdədirlər və beş övlad böyüdürlər.