- Offside
- 01:29 15.08.2026
Portuqaliya çempionatında 2026/2027 mövsümünün oyunları davam edir.
90deqiqe.Az-ın məlumatına görə, günün qarşılaşmasında “Sportinq” doğma meydanda “Vitoriya Gimaraeş”i qəbul edib.
Lissabon təmsilçisi görüşə fəal başlayıb və artıq 9-cu dəqiqədə hesabı açıb. Flavio Qonsalves rəqib qapısına yol taparaq komandasını önə keçirib.
Birinci hissənin ortalarında “Sportinq” fərqi artırıb. Fotis İoannidis qapıçı ilə üz-üzə qalaraq dəqiq zərbə ilə hesabı 2:0-a çatdırıb.
Fasiləyə az qalmış meydan sahibləri üçüncü qolu vurublar. Serhi Altimira fərqlənərək “Sportinq”in üstünlüyünü daha da möhkəmləndirib.
İkinci hissədə qonaqlar fəallığı artırıblar. “Vitoriya Gimaraeş” 66-69-cu dəqiqələr aralığında iki qol vuraraq hesab arasındakı fərqi minimuma endirib.
Lakin qonaqlar sonadək hesabı bərabərləşdirə bilməyiblər və “Sportinq” meydanı 3:2 hesablı qələbə ilə tərk edib.