15 avqust 2026. Şənbə

“Neftçi SOCAR” Dünya Qadın Seriyasında 1/4 finala yüksəldi


  • Offside
  • 18:05 15.08.2026
  • Oxunma sayı: 31
“Neftçi SOCAR” Dünya Qadın Seriyasında 1/4 finala yüksəldi

3x3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının “Sea Breeze”də keçirilən mərhələsində uğurlu çıxışını davam etdirir.

90deqiqe.Az-ın məlumatına görə, paytaxt təmsilçisi B qrupunda keçirdiyi hər iki oyunda qələbə qazanaraq 1/4 finala vəsiqə əldə edib.

“Neftçi SOCAR” əvvəlcə İspaniyanın “Arrasate Ointxe” klubunu 12:10 hesabı ilə məğlub edib. Komanda qrupun ikinci matçında isə Çinin “Yanjinq” kollektivinə 21:13 hesabı ilə qalib gəlib.

Azərbaycan millisi isə turnirdə mübarizəni qrup mərhələsində dayandırıb. Yığmamız Ukraynaya 5:14, Misirə isə 7:21 hesabı ilə uduzub.

Qeyd edək ki, 16 komandanın iştirak etdiyi turnirdə 1/4 final, yarımfinal və final qarşılaşmaları avqustun 16-da keçiriləcək.







Offside