15 avqust 2026. Şənbə

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu


  • Offside
  • 18:27 15.08.2026
  • Oxunma sayı: 51
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

Azərbaycan paracüdoçusu İlham Zəkiyev Almaniyanın Heydelberq şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, J1 kateqoriyasında +95 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Böyük Britaniya təmsilçisi Daniel Englishlə üz-üzə gəlib.

Zəkiyev rəqibini ipponla məğlub edərək finala yüksəlib. Həlledici görüşdə isə ispaniyalı Qarros Suarezi də ipponla üstələyən paracüdoçumuz Avropa çempionu tituluna yiyələnib.

Bununla da İlham Zəkiyev karyerasında 10-cu dəfə Avropa çempionu olub.

Qeyd edək ki, Azərbaycan yığmasının digər üzvləri Saleh Sultanov (J1, 81 kq) və Dürsədəf Kərimova (J2, +70 kq) qitə çempionatında bürünc medal qazanıblar.







Offside