- Offside
- 19:11 15.08.2026
Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Avropa çempionatına hazırlıq prosesi və qarşıdakı yarışla bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, təcrübəli voleybolçu komandanın turnirə hazırlığını yüksək tempdə davam etdirdiyini bildirib.
O, yoxlama oyunlarının kollektiv üçün faydalı olduğunu qeyd edib:
“Avropa çempionatının başlamasına bir neçə gün qalsa da, məşqlərimiz sıx qrafiklə davam edir. Keçirdiyimiz yoxlama oyunlarında komandadakı çatışmazlıqları müəyyənləşdirdik, səhvlərimizi gördük. Hazırda həmin problemləri aradan qaldırmaq üçün məşqlərdə maksimum çalışırıq. Məşqçilərimizin taktiki və texniki tapşırıqlarını oyunumuza tətbiq etməyə çalışırıq”.
Abduləzimova doğma meydan amilinin komandaya əlavə üstünlük verəcəyinə inandığını vurğulayıb:
“Öz evimizdə, doğma azarkeşlərimiz qarşısında çıxış etmək bizə əlavə motivasiya verəcək. Əlbəttə, evdə oynamağın məsuliyyəti də böyükdür. Lakin meydan və azarkeş amili bizə çox kömək olacaq. Əsas məqsədimiz qrupda layiqli oyun nümayiş etdirmək və növbəti mərhələyə yüksəlməkdir. Biz də bunun üçün əlimizdən gələni edəcəyik”.