16 avqust 2026. Bazar günü

İslam Maxaçev UFC 330-da titulunu qorudu


  • Offside
  • 09:53 16.08.2026
  • Oxunma sayı: 41
İslam Maxaçev UFC 330-da titulunu qorudu

Rusiyalı MMA döyüşçüsü İslam Maxaçev Filadelfiyada keçirilən UFC 330 turnirinin əsas döyüşündə irlandiyalı İen Qerriyə qalib gəlib.

90deqiqe.Az xəbər verir ki, beş raund davam edən qarşılaşmanın taleyini hakimlərin yekdil qərarı müəyyənləşdirib. Beləliklə, 34 yaşlı Maxaçev yarımorta çəki dərəcəsində UFC çempionu titulunu növbəti dəfə qoruyub.

Maxaçev 2025-ci ilin noyabrında Cek Della Maddalena üzərində qələbə qazanaraq yarımorta çəki üzrə çempionluq kəmərinə sahib olmuşdu.

Bu qələbə ilə rusiyalı döyüşçünün peşəkar MMA karyerasında qələbələrinin sayı 29-a çatıb. Onun hesabında yalnız bir məğlubiyyət var.

28 yaşlı İen Qerri isə karyerasında ikinci məğlubiyyətini alıb. İrlandiyalı döyüşçünün aktivində 17 qələbə qalır.







Offside