- Offside
- 14:10 16.08.2026
AFFA-nın baş katibi Cahangir Fərəcullayev “Sabahın Ulduzları” Bakı Kubokunda U-14 yaş qrupunun IV turu çərçivəsində keçirilən “Sabah” – “Zirə” qarşılaşmasını izləyib.
90deqiqe.Az xəbər verir ki, AFFA rəsmisi turnirin təşkili ilə bağlı görülən işlərlə yaxından tanış olub, həmçinin yarışda fəaliyyət göstərən könüllülərlə görüşüb.
C.Fərəcullayev oyunların “CBC Sport” telekanalı və AFFA-nın “YouTube” kanalı vasitəsilə canlı yayımlanması üçün görülən işləri yüksək qiymətləndirib.
Baş katib Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanovla fikir mübadiləsi zamanı “Sabahın Ulduzları” layihəsinin əhəmiyyətindən də danışıb. O vurğulayıb ki, turnir Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalında iştirak edəcək müvafiq yaş qrupundan ibarət milli komandanın formalaşdırılması baxımından mühüm rol oynaya bilər.