16 sentyabr 2026. Çərşənbə

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Türkiyədə 4 medal qazanıblar


  • Offside
  • 12:19 16.08.2026
  • Oxunma sayı: 112
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Türkiyədə 4 medal qazanıblar

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Türkiyənin Yalova şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxış ediblər.

Azərbaycan Stolüstü Tennis Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, müxtəlif ölkələrdən idmançıların qatıldığı yarışda Azərbaycan təmsilçiləri 4 medal qazanıblar.

Komanda yarışında Vaqif Babayev və Şakir Qədirov ikinci, Banu İmanverdizadə və Sofiya Trofimenko isə üçüncü yeri tutublar.

Şəxsi mübarizədə U-15 yaş kateqoriyasında çıxış edən Vaqif Babayev və Şakir Qədirov bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, məşqçilər Billurə Eminova və Zakir Cavadovun rəhbərliyi ilə Türkiyəyə yollanan Azərbaycan idmançıları avqustun 8-dən 14-dək Yalova şəhərində təşkil olunan beynəlxalq təlim-məşq toplanışında da iştirak ediblər.







Offside

AFFA-da yeni təyinatlar
  • Offside
  • 22:16 15.09.2026
AFFA-da yeni təyinatlar