- Offside
- 21:28 16.08.2026
Azərbaycanın kişilərdən ibarət çimərlik voleybolu milli komandası Türkiyədə keçirilən “Bioderma Pro Beach Tour” açıq çempionatında bürünc medal qazanıb.
Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, FIVB reytinq xalları qazandıran turnirdə ölkəmizi İbrahim Məmmədov və Məhəmməd Aslanlıdan ibarət cütlük təmsil edib.
16 komandanın mübarizə apardığı yarışda Azərbaycan təmsilçiləri üçüncü yeri tutaraq medalçılar sırasında qərarlaşıblar.
Qadınların yarışında isə Səbinə Əlizadə – Leyla Əliyeva cütü 16 komanda arasında beşinci olub.
Qeyd edək ki, Azərbaycan komandaları turnirdə baş məşqçi Atvars Vildenin rəhbərliyi altında mübarizə aparıblar.