16 avqust 2026. Bazar günü

Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 4 medal qazandılar


  • Offside
  • 21:24 16.08.2026
  • Oxunma sayı: 34
Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 4 medal qazandılar

Azərbaycan badmintonçuları Bakıda keçirilən “Azerbaijan Junior Open 2026” beynəlxalq turnirini 4 medalla başa vurublar.

Azərbaycan Badminton Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, ilk dəfə “Junior International Series” kateqoriyasında təşkil olunan yarışda 9 ölkədən 64 idmançı mübarizə aparıb.

Kişilərin qoşa yarışında Ülvi Hüseynov – Əmirxan İmanov tandemi finalda ABŞ təmsilçilərini 2:0 hesabı ilə məğlub edərək qızıl medal qazanıb. Görüşdə setlər 21:16 və 23:21 hesabı ilə başa çatıb.

Qadınların qoşa yarışında Leyla Camalzadə – Yağmur Quliyeva cütü, kişilərin şəxsi yarışında isə Ülvi Hüseynov gümüş medala layiq görülüblər.

Qarışıq qoşa yarışında Əmirxan İmanov – Yağmur Quliyeva tandemi isə turniri bürünc medalla başa vurub.

Beləliklə, Azərbaycan təmsilçiləri yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər.

Qeyd edək ki, Dünya Badminton Federasiyasının (BWF) rəsmi təqvimində yer alan turnirin ümumi mükafat fondu 5 min ABŞ dolları təşkil edib. Yarışın əsas məqsədi gənc badmintonçuların beynəlxalq təcrübəsini artırmaq, onların peşəkar inkişafına töhfə vermək və milli komandada rəqabəti gücləndirməkdir.







Offside