16 avqust 2026. Bazar günü

Bədii gimnastika üzrə Dünya çempionatının bayrağı Azərbaycana təqdim edildi


  • Offside
  • 21:28 16.08.2026
  • Oxunma sayı: 37
Bədii gimnastika üzrə Dünya çempionatının bayrağı Azərbaycana təqdim edildi

Almaniyanın Frankfurt şəhərində keçirilən bədii gimnastika üzrə 42-ci Dünya çempionatının bağlanış mərasimi baş tutub.

Azərbaycan Gimnastika Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, mərasim zamanı dünya çempionatının bayrağı əvvəlcə Almaniya nümayəndə heyəti tərəfindən Dünya Gimnastikasına, daha sonra isə növbəti mundialın ev sahibi kimi Azərbaycan nümayəndə heyətinə təqdim olunub.

Bayrağın Azərbaycana verilməsi ilə 43-cü Dünya çempionatının ölkəmizdə keçiriləcəyini simvolizə edən mərasim baş tutub. Növbəti mundial 2027-ci il sentyabrın 15-19-da Bakıda təşkil olunacaq.

Qeyd edək ki, həm 42-ci, həm də 2027-ci ildə Bakıda keçiriləcək 43-cü Dünya çempionatı Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır. Paytaxtımızda baş tutacaq yarışda fərdi və qrup hərəkətləri proqramında daha çox gimnastın Olimpiadaya lisenziya qazanmaq imkanı olacaq.

Beləliklə, Bakı növbəti il dünya gimnastikasının əsas yarışlarından birinə ev sahibliyi etməklə yanaşı, idmançıların Olimpiya Oyunlarına vəsiqə uğrunda mübarizəsində mühüm mərhələlərdən birinə çevriləcək.







Offside