17 avqust 2026. Bazar ertəsi

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında 1/4 finala yüksəldi


  • Offside
  • 11:28 17.08.2026
  • Oxunma sayı: 36
Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında 1/4 finala yüksəldi

Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında Azərbaycan millisinin daha 3 boksçusu 1/4 finala yüksəlib.

90deqiqe.Az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq) və Şahin Aslanov (65 kq) bu mərhələyə vəsiqə qazanıblar.

N.Qasımov ikinci döyüşündə çexiyalı Doryan Kropoqa üçüncü raundda tam üstünlüklə qalib gəlib. O, 1/4 finalda ingiltərəli Ruben Hujmannla üz-üzə gələcək.

Ə.Baxışov xorvatiyalı Petar Krpanı 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, yarımfinala gedən yolda slovakiyalı Kristian Haraşiklə mübarizə aparacaq.

Ş.Aslanov rusiyalı Muhammad Ali Seferbekovdan üstün olub – 3:2 (28:29, 29:28, 27:30, 30:27, 29:28). İdmançı 1/4 finalda ingiltərəli Yaşua Flemminqlə qarşılaşacaq.

Bununla da oğlan boksçuların yarışında 1/4 finala yüksələn Azərbaycan təmsilçilərinin sayı 4-ə çatıb. Daha əvvəl Əli Əliyev (50 kq) də bu hüquqa yiyələnib.







Offside