- Offside
- 22:01 17.08.2026
“Gəncə” basketbol klubu heyətini yeni transferlə gücləndirib.
90deqiqe.Az xəbər verir ki, Qərb təmsilçisi 21 yaşlı hücumçu Aydın İbrahimovu heyətinə cəlb edib. Basketbolçu ilə yeni mövsümün sonunadək müqavilə imzalanıb.
2 metr boya malik Aydın İbrahimov Azərbaycanın U-18 və U-20 milli komandalarının formasını geyinib.
Qeyd edək ki, gənc basketbolçunun son klubu “Lənkəran” olub.