- Offside
- 22:01 17.08.2026
Azərbaycan cüdoçuları İspaniyada keçirilən Superkubok turnirində uğurlu çıxış ediblər.
90deqiqe.Az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, milli komandanın üzvləri Valensiyada təşkil olunan beynəlxalq təlim-məşq toplanışı çərçivəsində yarışda qüvvələrini sınayıblar.
Azərbaycan təmsilçilərindən Zelim Tçkayev (90 kq) və Murad Fətiyev (100 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olublar.
Qeyd edək ki, Valensiyadakı beynəlxalq təlim-məşq toplanışı avqustun 22-də başa çatacaq.