- Offside
- 22:36 17.08.2026
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo ilə həyat yoldaşı Corcina Rodrigez gələcəkdə ailələrini böyütmə ehtimalını istisna etmirlər.
90deqiqe.Az-ın məlumatına görə, 41 yaşlı Ronaldo gələcəkdə daha bir övladının dünyaya gəlməsinə qarşı olmadığını bildirib:
“Mən heç vaxt “heç vaxt” demirəm”.
Corcina Rodrigez isə hazırda daha bir uşağın ailə üçün çox olacağını düşünür. Onun sözlərinə görə, kiçik uşaqları 15-16 yaşına çatanda cütlük hələ də gənc olacaq və ailəni böyütmək mümkündür.
“Kiçik uşaqlar olmadan özümü təsəvvür edə bilmirəm. Ona görə də zaman göstərəcək”, – deyə Corcinanın sözlərini “The Touchline” nəşri yayıb.
Qeyd edək ki, hazırda cütlük beş uşaq böyüdür.Kriştiano Ronaldo və Corcina Rodrigez avqustun 11-də nikaha daxil olublar. Cütlük on ildən artıqdır birlikdədir.
Hazırda Ronaldo “Əl-Nəsr”in formasını geyinir.