16 sentyabr 2026. Çərşənbə

Azərbaycan güləşçiləri U-20 dünya çempionatında 2 medal qazandılar


  • Offside
  • 22:36 17.08.2026
  • Oxunma sayı: 139
Azərbaycan güləşçiləri U-20 dünya çempionatında 2 medal qazandılar

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında daha iki medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, 63 kq çəki dərəcəsində mübarizə aparan Tural Əhmədov təsəlliverici görüşdə Finlandiya təmsilçisi Matias Arpiayneni 8:0 hesabı ilə məğlub edib. Daha sonra Ekvador güləşçisi Klizman Velini 2:1 hesabı ilə üstələyən Azərbaycan təmsilçisi dünya çempionatının bürünc medalına sahib çıxıb.

77 kq çəki dərəcəsində çıxış edən Cavidan Nehmətov isə finalda Ermənistan təmsilçisi Samvel Terteryanla qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb və ilk xal prinsipinə əsasən rəqib qalib elan olunub. Bununla da Cavidan Nehmətov gümüş medala yiyələnib.

Beləliklə, Azərbaycan yunan-Roma güləşçiləri Bratislavada keçirilən U-20 dünya çempionatında daha iki medal qazanıblar.







Offside

AFFA-da yeni təyinatlar
  • Offside
  • 22:16 15.09.2026
AFFA-da yeni təyinatlar