19 avqust 2026. Çərşənbə

Xorxe Sampaoli istefaya göndərilə bilər


  • Offside
  • 23:47 18.08.2026
  • Oxunma sayı: 47
Xorxe Sampaoli istefaya göndərilə bilər

Tanınmış çilili mütəxəssis Xorxe Sampaoli yaxın günlərdə işsiz qala bilər.

90deqiqe.Az-ın məlumatına görə,  Argentinanın “Talyeres” klubunun rəhbərliyi uğursuz nəticələr səbəbindən baş məşqçinin istefaya göndərilməsi barədə düşünür.

Sampaoli komandaya Karlos Tevesin vəzifəsindən azad edilməsindən sonra gətirilib. Lakin onun rəhbərliyi altında ilk nəticələr gözləntiləri doğrultmayıb. Son olaraq “Talyeres” “Ximnasiya Mendoza”ya məğlub olub.

Bu məğlubiyyətdən sonra Sampaoli klub prezidenti Andres Fassinin yanına çağırılıb. Məlumata görə, 65 yaşlı mütəxəssis qarşıdakı görüşdə rəhbərliyi komandanın başında qalmağa layiq olduğuna inandırmağa çalışacaq.

Qeyd olunur ki, Sampaolinin taleyi ilə bağlı yekun qərar yaxın zamanda verilə bilər.







Offside