- Offside
- 01:38 19.08.2026
Azərbaycan Atletika Federasiyasında (AAF) avqust-oktyabr aylarında məşqçilik kursları və seminarlar təşkil olunacaq.
90deqiqe.Az AAF-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 19-dan sentyabrın 1-dək xarici mütəxəssisin iştirakı ilə sprint və sədlərlə qaçış üzrə təlim keçiriləcək.
Sentyabrın 21-24-də milli komandanın məşqçiləri üçün beynəlxalq seminar təşkil olunacaq. Oktyabrın 27-31-də isə Uşaq-Gənclər İdman Məktəblərinin atletika bölmələrində çalışan məşqçilər üçün yerli seminar baş tutacaq.
Təlim və seminarların keçirilməsində əsas məqsəd məşqçilərin nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılması, peşəkar inkişafına dəstək göstərilməsidir.
Qeyd edək ki, proqram çərçivəsində xarici mütəxəssislərin də təlim prosesinə cəlb olunması nəzərdə tutulub.