19 avqust 2026. Çərşənbə

“Neftçi” 16 yaşlı basketbolçusu ilə müqaviləni uzatdı


  • Offside
  • 15:26 18.08.2026
  • Oxunma sayı: 28
“Neftçi” 16 yaşlı basketbolçusu ilə müqaviləni uzatdı

“Neftçi” basketbol klubu gənc oyunçusu Tunar Hacızadə ilə müqavilənin müddətini uzadıb.

90deqiqe.Az-ın məlumatına görə, ötən mövsüm “ağ-qaralar”ın formasını geyinən 16 yaşlı basketbolçu ilə yeni sözləşmə imzalanıb.

Tərəflər arasındakı müqavilənin müddəti 2026/2027-ci illər mövsümünün sonunadək nəzərdə tutulub.

Beləliklə, Tunar Hacızadə qarşıdakı mövsümdə də “Neftçi”nin heyətində çıxış edəcək.







Offside