19 avqust 2026. Çərşənbə

Bakıda keçiriləcək qadınlar arasında Avropa çempionatının hakimləri açıqlanıb


  • Offside
  • 15:56 18.08.2026
  • Oxunma sayı: 29
Bakıda keçiriləcək qadınlar arasında Avropa çempionatının hakimləri açıqlanıb

Avropa Voleybol Konfederasiyası (CEV) avqustun 21-28-də Bakıda keçiriləcək qadınlar arasında Avropa çempionatının C qrupu oyunlarını idarə edəcək hakimləri müəyyənləşdirib.

Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, hakimlər briqadasında 7 ölkəni təmsil edən beynəlxalq dərəcəli mütəxəssislər yer alıblar.

İsrailli Qoren Roy hakimlərin fəaliyyətini qiymətləndirən baş hakim, serbiyalı Vladimir Çvetkoviç isə Challenge hakimi kimi fəaliyyət göstərəcək.

Digər hakimlər Türkiyədən Erdal Akıncı, İsveçdən Helena Persson, İtaliyadan Mikele Brunelli, Polşadan Bartlomey Adamçık və Böyük Britaniyadan Dominik Bieqaylo olacaq.

CEV qaydalarına əsasən, çempionata ev sahibliyi edən ölkənin hakimləri həmin turnirin oyunlarına təyinat almırlar. Bu səbəbdən Azərbaycan hakimləri Bakıda keçiriləcək C qrupunun qarşılaşmalarını idarə etməyəcəklər.

Qeyd edək ki, C qrupunun bütün oyunlarında Challenge sistemi tətbiq olunacaq. Bu səbəbdən görüşlərdə yan xətt hakimləri fəaliyyət göstərməyəcəklər. Avropa çempionatında yan xətt hakimləri sonuncu dəfə 2019-cu ildə istifadə olunub.







Offside