- Offside
- 01:38 19.08.2026
Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatında Azərbaycan milli komandası daha bir medal qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, yarışın üçüncü günündə yunan-Roma güləşində 55, 67, 72 və 97 kq çəki dərəcələrində medalçılar müəyyənləşib.
55 kq çəki dərəcəsində çıxış edən Emin Cavadlı bürünc medal uğrunda görüşdə Yaponiyanı təmsil edən Hiro Sakamoto ilə qarşılaşıb. Azərbaycan güləşçisi rəqibinə şans verməyib və görüşü 11:1 hesablı tam üstünlüklə başa vuraraq dünya çempionatının bürünc medalına sahib çıxıb.
Bu nəticə ilə Azərbaycan millisinin Bratislavada qazandığı medalların sayı 3-ə çatıb.
Qeyd edək ki, bundan əvvəl Cavidan Nehmətov (77 kq) gümüş, Tural Əhmədov (63 kq) isə bürünc medal qazanıb.