19 avqust 2026. Çərşənbə

Postekoglu Ronaldonun durumundan danışdı


  • Offside
  • 01:38 19.08.2026
  • Oxunma sayı: 43
Postekoglu Ronaldonun durumundan danışdı

“Əl-Nəsr” klubunun baş məşqçisi Anje Postekoglu komandanın ulduz futbolçusu Kriştiano Ronaldonun hazırkı vəziyyəti ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, Postekoglu ulduz futbolçunun mövsümə tam hazır vəziyyətdə başlamağının vacib olduğunu bildirib:

“Ronaldo çox ciddi məşq edir. O, bizim üçün vacib futbolçudur. Lakin onun dünya çempionatı var idi və komandadakı hər kəsdən daha çox enerji sərf edib. Kriştiano üçün mövsümə tam hazır başlamaq önəmlidir. O, tədricən optimal formasını bərpa edir. Tezliklə onu meydanda görəcəksiniz”.

Qeyd edək ki, 41 yaşlı portuqaliyalı hücumçu Səudiyyə Çempionlar Kubokunun “Əl-Diriyə” ilə matçı üçün “Əl-Nəsr”in heyətinə daxil edilməyib. Qarşılaşma “Əl-Nəsr”in 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Ronaldo Səudiyyə Ərəbistanı çempionatının ilk turunda “Əl-Fateh”lə (3:0) oyunda da iştirak etməyib.

Əlavə edək ki, “Əl-Nəsr” avqustun 21-də Səudiyyə Ərəbistanı çempionatının II turunda “Əl-Riyad”la qarşılaşacaq.







Offside