16 sentyabr 2026. Çərşənbə

Seneqallı ulduzdan ölkəsinə böyük jest - 2 500 iş yeri yaradılacaq


  • Offside
  • 23:49 19.08.2026
  • Oxunma sayı: 131
Seneqallı ulduzdan ölkəsinə böyük jest   - 2 500 iş yeri yaradılacaq

Seneqallı ulduz futbolçu Sadio Mane ölkəsinin inkişafına töhfə vermək üçün böyük layihəyə start verir.

90deqiqe.Az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.

34 yaşlı “Əl-Nəsr”in hücumçusu doğma ölkəsi Seneqalda meyvələrin istehsalı və emalı üzrə ixtisaslaşacaq aqrosənaye parkı yaradacaq.

Layihə çərçivəsində parkın il ərzində 50 min ton meyvə istehsal edəcəyi gözlənilir. Bununla yanaşı, 2 500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Layihənin əsas məqsədi gənclərin məşğulluğunun təmin edilməsi və Seneqalın Kazamans regionunun sosial-iqtisadi inkişafına dəstək verməkdir.

Qeyd edək ki, Sadio Mane üç il əvvəl “Əl-Nəsr”ə transfer olunub. Seneqallı futbolçu Avropada karyerası ərzində “Mets”, “Zalsburq”, “Sauthempton”, “Liverpul” və “Bavariya” klublarının formasını geyinib.







Offside

AFFA-da yeni təyinatlar
  • Offside
  • 22:16 15.09.2026
AFFA-da yeni təyinatlar