20 avqust 2026. Cümə axşamı

“Sabah” amerikalı basketbolçu ilə müqavilə imzaladı


  • Offside
  • 09:23 19.08.2026
  • Oxunma sayı: 28
“Sabah” amerikalı basketbolçu ilə müqavilə imzaladı

“Sabah” basketbol klubu heyətini daha bir legionerlə gücləndirib.

90deqiqe.Az xəbər verir ki, Bakı təmsilçisi amerikalı forvard Evan Bruinsma ilə müqavilə imzalayıb. 202 sm boya malik basketbolçu ilə anlaşmanın müddəti bir il təşkil edir.

Evan Bruinsma karyerası ərzində Lüksemburq, Çexiya, Bolqarıstan, Niderland, Macarıstan, Almaniya, İsrail və Türkiyə çempionatlarında çıxış edib.

Amerikalı forvard Niderlandın “Donar” və Macarıstanın “Falko Sombathey” komandalarının heyətində ölkə çempionluğu və kubokun qalibi adlarını qazanıb.

O, karyerası ərzində FIBA Avropa Kuboku və Basketbol Çempionlar Liqasında da mübarizə aparıb.

Beləliklə, Evan Bruinsma yeni mövsümdə “Sabah”ın uğurları üçün çıxış edəcək.







Offside