20 avqust 2026. Cümə axşamı

İlahə Qədimova Aşqabadda yeniyetmə şahmatçılar üçün ustad dərsi keçib


  • Offside
  • 10:26 19.08.2026
  • Oxunma sayı: 30
İlahə Qədimova Aşqabadda yeniyetmə şahmatçılar üçün ustad dərsi keçib

Azərbaycan Şahmat Federasiyasının (AŞF) baş katibi, yeniyetmələr arasında dünya çempionu İlahə Qədimova Türkmənistanın paytaxtı Aşqabadda ustad dərsi keçib.

AŞF-dən 90deqiqe.Az-a verilən məlumata görə, görüşdə İlahə Qədimova uşaqlarla öz şahmat təcrübəsini bölüşüb, çempionluğa gedən yoldan danışıb.

O, iştirakçılara debüt hazırlığı və turnir psixologiyası ilə bağlı faydalı məsləhətlər verib, yarışlar zamanı düzgün yanaşmanın və psixoloji hazırlığın önəmini vurğulayıb.

İlahə Qədimova belə layihələrin gənc şahmatçıların inkişafında və gələcək çempionların yetişdirilməsində mühüm rol oynadığını qeyd edib.







Offside