- Offside
- 00:29 20.08.2026
Azərbaycanın daha bir boksçusu Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 60 kq çəki dərəcəsində mübarizə aparan Əli Baxışov 1/4 finalda Slovakiya təmsilçisi Kristian Haraşiki 4:1 hesabı ilə məğlub edib.
Bu nəticə ilə Əli Baxışov ən azı bürünc medalı təmin edib. Azərbaycan təmsilçisi avqustun 20-də finala yüksəlmək uğrunda Türkiyə boksçusu Furkan Avarla qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Banuçiçək Nəsirli də (48 kq) yarımfinala yüksələrək medalını təmin edib. O, avqustun 20-də final uğrunda İrlandiya təmsilçisi Ellen Coysla üz-üzə gələcək.