- Offside
- 01:33 20.08.2026
Cırtdan və Göyçək Fatma 2026-cı ildə qadın voleybolçular arasında keçiriləcək Avropa çempionatının maskotları seçiliblər.
Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, məşhur nağıl qəhrəmanları yarış günlərində tribunlarda azarkeşlərlə bir arada olacaqlar.
Bildirilib ki, Cırtdan və Göyçək Fatma yalnız turnirin simvolları kimi deyil, həm də Azərbaycanın zəngin mədəni irsini, milli nağıl ənənələrini və qonaqpərvərliyini təcəssüm etdirəcəklər.
Qeyd edək ki, Avropa çempionatının C qrupunun qarşılaşmaları avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək. Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.